Kateqoriyalar
Zuqdidi bələdiyyəsinin Oktomberi kəndində qonşu qonşusunu öldürüb.
Aktual.ge xəbər verir ki, təxminən 70 yaşlı kişi 55 yaşlarına yaxın bir kişiyə odlu silahla ölümcül yaralar yetirib.
Yayılan məlumata görə, qətl hadisəsi mübahisə zəminində baş verib. Qətlin motivi və əlavə təfərrüatlar hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İstintaq hərəkətləri davam edir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.
Mənbə: IPN