Tbilisi Şəhər Məhkəməsində "İslam Dövləti" (İŞİD -red.) terror təşkilatına üzv olmaq ittihamı ilə Pankisidə saxlanılan 5 nəfərin məhkəməsi davam edir.
Aktual.ge xəbər verir ki, məhkəmədə onların barəsində seçilmiş həbs qətimkan tədbiri müzakirə olunur.
Təqsirləndirilən 5 nəfərin iştirakı ilə davam edən məhkəmə də, Prokurorluq, müdafiə tərəfinin bölüşmədiyi və məhkəmənin açıq şəkildə keçirilməsini lazım bildiyi məhkəmə iclasının bağlanması barədə vəsatət qaldırıb.
Terror təşkilatına üzv olduqları iddiası ilə saxlanılan beş nəfərin, U.C., M.M., R.K., H.B. və R.M. hamısına dünən ittiham irəli sürülüb.
Gürcüstan Prokurorluğunun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, "İslam Dövləti" xarici terror təşkilatının üzvü olan U.T., M.M., R.K., H.B. və R.M.-nı da sözügedən qruplaşmaya üzv olaraq əlavə edib. Bildirilib ki, Pankisidə saxlanılan sözügedən şəxslər Suriyaya getməyi və "İslam Dövləti" sıralarına qoşulmağı planlaşdırırmışlar.
“Hüquq-mühafizə orqanları əməkdaşları avqustun 24-də sözügedən şəxsləri saxlayıblar. M.M., R.K., H.B. və R.M.-yə Gürcüstan Cinayət Məcəlləsinin 327-ci (terror təşkilatına üzv olmaq) maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. U.C., Gürcüstan Cinayət Məcəlləsinin 328-ci (xarici bir terror təşkilatına qoşulma və terror təşkilatına kömək etmək) maddəsi ilə ittiham olunur, bu da 10 ildən 17 ilə qədər həbs cəzasını nəzərdə tutur ”, - deyə Tbilisi Şəhər Məhkəməsinin məlumatında qeyd olunub.
"İslam Dövləti"nə üzv olmaqda ittiham edilən 5 nəfərin məhkəməsi bağlı qapılar arxasında keçirilir
