Milli Qida Agentliyi Marneulidə baş vermiş ehtimal olunan zəhərlənmə faktı ilə bağlı araşdırmaya başlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
"Milli Qida Agentliyinə Marneuli bələdiyyəsində 1 uşaq da daxil olmaqla 6 nəfərin qənnadı məhsulundan ehtimal olunan zəhərlənməsi ilə bağlı məlumat daxil olub.
Məlumat daxil olan kimi, agentliyin Kvemo Kartli Departamenti araşdırmaya başlayıb. Vətəndaşın izahatına əsasən tortun alındığı obyektdə agentliyin inspeksiya qrupu dövlət nəzarəti çərçivəsində plandankənar yoxlama aparacaq.
Bundan əlavə, agentlik Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi ilə koordinasiyalı şəkildə işləyir və məlumat dəqiqləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək" , - məlumatda deyilir.