Marneulidə ağır yol qəzası: Ölən və yaralılar var
24.05.2026 15:13
1716
Hadisə
A
Marneulidə ağır yol qəzası: Ölən və yaralılar var

 Marneuli rayonunun Tsop kəndində baş verən qəza ölümlə nəticələnib.

Akrual.ge xəbər verir ki, iki avtomobil bir-biri ilə toqquşub. Nəticədə 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır ki, bu da nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

 

 

ŞƏRH YAZ
13