Kateqoriyalar
Marneuli Meriyası, Marneuli şəhərində XII əsrin şairi və mütəfəkkiri, Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin abidəsinə zərər vurulması faktını qınayır.
Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Meriyasının rəsmi "Facebook" səhifəsində bəyanat verilib.
"Mədəni və ictimai əhəmiyyət kəsb edən obyektlərə qarşı bu cür münasibət qəbuledilməzdir.
Bununla bağlı Munisipalitet öz səlahiyyətləri çərçivəsində müvafiq reaksiya verəcəkdir.
Vətəndaşları ictimai məkanlara və mədəni dəyərlərə qayğı ilə yanaşmağa çağırırıq, onların qorunması və mühafizəsi hər birimizin məsuliyyətidir" , - deyilir.