Qonşular arasında qanlı mübahisə: 45 yaşlı qadın ov tüfəngi ilə qətlə yetirilib
02.06.2026 17:16
306
Kriminal
A
Qonşular arasında qanlı mübahisə: 45 yaşlı qadın ov tüfəngi ilə qətlə yetirilib

Senaki bələdiyyəsinin Zana kəndində orta yaşlı kişi qonşu qadını ov tüfəngi ilə öldürüb. Qətlin motivi kimi aralarında yaranan mübahisə göstərilir. Öldürülən şəxs 45 yaşlı Tea Xargeliadır

Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirkar şəxs hadisədən qısa müddət sonra “isti izlərlə” saxlanılıb, cinayətdə istifadə olunan silah isə maddi sübut kimi götürülüb.

Bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır və bu maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Senaki bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində tanış qadına ov tüfəngindən atəş açaraq ölümcül xəsarət yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayətkarı hadisədən qısa müddət sonra isti izlərlə yaxalayıblar. Cinayətin törədilmə aləti maddi sübut kimi götürülüb" , – deyə DİN bildirir.

ŞƏRH YAZ
12