Marneulidəki qanlı hadisə ilə bağlı DİN-dən açıqlama | İLK TƏFƏRRÜATLAR
15.06.2026 14:04
573
Siyasət
A
Marneulidəki qanlı hadisə ilə bağlı DİN-dən açıqlama | İLK TƏFƏRRÜATLAR

Marneuli bələdiyyəsinin Böyük Muğanlı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə iyunun 13-də axşam saatlarında baş verib.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi Aktual.ge-nin sorğusuna cavab olaraq təsdiqləyib.

"Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə istintaq aparılır. Hadisədə iştirak edən hər iki şəxsə ittiham irəli sürülüb və onlar müalicələri başa çatdıqdan sonra saxlanılacaqlar" , - DİN-dən Aktual.ge xəbər portalına bildirilib.

Hadisə necə baş verib?
Əldə olunan məlumata görə, Böyük Muğanlı kəndində toy mərasimindən bir gün əvvəl təşkil olunan şənlik zamanı musiqi sifarişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb.

Sonradan sözlü mübahisə qanlı insidentə çevrilib. Orta yaşlı iki nəfər arasında baş verən dava zamanı onlar bir-birinə bıçaqla xəsarət yetiriblər.

Yaralılardan birinin vəziyyətinin orta-ağır, digərinin isə stabil olduğu bildirilir. Məlumata görə, vəziyyəti daha ağır olan şəxsə 10-a yaxın bıçaq zərbəsi endirilib.

ŞƏRH YAZ
6