Narkotik cinayəti ilə bağlı polis 4 nəfəri saxlayıb
Bugün
82
Siyasət
A
Narkotik cinayəti ilə bağlı polis 4 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərmək ittihamı ilə xarici ölkə vətəndaşı olan 4 nəfər müxtəlif vaxtlarda saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə saxlanılan şəxslərin üzərilərinə, yaşadıqları mənzillərə və avtomobillərinə baxış keçirərkən, həmçinin müxtəlif yerlərdən sübut kimi satışa hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək götürüblər. Onların arasında “metadon”, “alfa-PVP”, “tebain”, “kodein”, “morfin” və qurudulmuş marixuana da olub.

Polis, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materialları da müsadirə edib.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı prima maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur

ŞƏRH YAZ
0