54 xarici vətəndaş ölkədən çıxarılıb
Bugün
94
Siyasət
A
54 xarici vətəndaş ölkədən çıxarılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri həyata keçirib.

Aktual.ge xəbər verir ki, DİN-in məlumatına əsasən, keçirilən kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 54 xarici ölkə vətəndaşı saxlanılıb.

Saxlanılanlar arasında Nigeriya, Hindistan, Nepal, Özbəkistan, Türkiyə, İordaniya, Misir, Azərbaycan, Yəmən, Türkmənistan, Çin, Pakistan və Livan vətəndaşları da var.

Məlumata görə, miqrasiya nəzarəti çərçivəsində müxtəlif ünvanlarda və obyektlərdə yoxlamalar aparılıb. Əsas məqsəd Gürcüstanda qalmaq üçün qanuni əsası olmayan xarici vətəndaşların müəyyən edilməsi olub.

Araşdırma zamanı saxlanılan şəxslərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq ölkə ərazisində qaldıqları müəyyən edilib.

Hazırda həmin şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə aparılıb. Onların ölkədən çıxarılması ilə bağlı qanunvericiliyə uyğun prosedurlar davam etdirilir.

ŞƏRH YAZ
0