Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb
Bugün
91
Dünya
A
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb

Tehran ticarət gəmilərinə hücumları davam etdirdiyi müddətcə ABŞ İranla danışıqları bərpa etməyəcək, eyni zamanda, Vaşinqton İrana təzyiq göstərmək üçün gizli təxribat əməliyyatlarından istifadəni mümkün hesab edir.

Aktual.ge Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Onlar ticarət gəmilərinə hücumları davam etdirdikləri müddətcə danışıqlar olmayacaq", - Vens deyib.

ABŞ-nin İrana qarşı gizli əməliyyatlar keçirməsi imkanı ilə bağlı sualı cavablandırarkən o bildirib ki, Vaşinqton təzyiqin bütün mümkün variantlarını nəzərdən keçirir.

"Mən yaxın aylarda və illərdə İranla məhz necə qarşılıqlı fəaliyyət göstərmək niyyətində olduğumuzu elan etməyəcəyəm, çünki bu, prezidenti qərar qəbul etmək üçün məkandan məhrum edəcək. Lakin biz bütün mümkün variantları - iqtisadi təzyiq, hərbi təzyiq, diplomatik təzyiq, gizli təzyiqi nəzərdən keçiririk", - Vens deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın məhz hansı vasitəni seçəcəyini açıqlamayacaq.

ŞƏRH YAZ
1