Kateqoriyalar
Xobi bələdiyyəsinin Çaladidi kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.
Aktual.ge xəbər verir ki, qəza iki minik avtomobilin toqquşması nəticəsində baş verib.
Belə ki, iki minik avtomobili bir-biri ilə çırpılıb. Qəza nəticəsində avtomobillərin birində olan 2, digərində olan isə 4 nəfər yaralanıb. Müxtəlif dərəcəli xəsarətlər alan yaralılar təcili tibbi yardım briqadaları tərəfindən Poti xəstəxanasına yerləşdiriliblər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.