Azərbaycan bankı Gürcüstanda 9 ayda 6,5 milyon lari xalis mənfəət əldə edib
22.10.2026 23:57
202
İqtisadiyyat
A
Azərbaycan bankı Gürcüstanda 9 ayda 6,5 milyon lari xalis mənfəət əldə edib

Azərbaycan öndə gedən bankı olan “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi olan “PAŞA Bank Gürcüstan” 2026-cı ilin yanvar-sentyabr aylarını 6 milyon 469 min lari xalis mənfəətlə başa vurub.

Aktual.ge xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəət 5,6 dəfə artıb.

Hesabat dövründə bankın vergiyəqədərki mənfəəti 6,178 milyon lari təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. Mənfəət vergisi üzrə qənaət isə 291 min lari olub.

2026-cı il oktyabrın 1-nə bankın aktivləri 662,054 milyon lari təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur. Aktivlərin 425,268 milyon larisi müştərilərə verilmiş xalis kreditlərin payına düşüb. Son bir ildə bankın kredit portfeli 16,9% artıb.

Hesabat dövründə bankın öhdəlikləri 0,4% artaraq 515,585 milyon lariyə çatıb. Depozit portfeli 7,8% artaraq 441,802 milyon lari, balans kapitalı isə 17% artaraq 146,469 milyon lari olub.

“PAŞA Bank Gürcüstan” 2013-cü ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 136,8 milyon laridir. Səhmlərin 85,1%-i “PAŞA Bank”a, 14,9%-i isə “PAŞA Holdinq” MMC-yə məxsusdur.

ŞƏRH YAZ
5