Kateqoriyalar
Gürcüstanda qanunsuz qalan 48 xarici vətəndaş saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılanlar Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşlarıdır.
Bildirilib ki, onlar Gürcüstanda əcnəbilərin hüquqi statusu ilə bağlı qanunvericiliyin tələblərini pozublar.
Hazırda saxlanılanlar Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzindədir. Onların ölkədən çıxarılması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.