Parlament üzvü Zaur Darğallı, Marneuli meri Daur İsmayılov və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze Qızılhacılı kəndində gecə saatlarında yerli sakinlərlə görüş keçiriblər.
Kənddəki İdman Kompleksində baş tutan görüşdə çıxış edən millət vəkili Zaur Darğallı və Marneuli meri Daur İsmayılov kənddə yaranmış təbii qaz problemi ilə bağlı “Mamed Qaz” şirkətinin rəhbəri Nəriman Allahverdiyevi günahlandırıblar.
Onlar təbii qazın dəqiq nə vaxt veriləcəyini bilmədiklərini, lakin problemin yaxın günlərdə həll olunacağını bildiriblər.
Görüş başa çatdıqdan sonra “Mamed Qaz”ın rəhbəri Nəriman Allahverdiyev hadisə yerinə gələrək toplantının onun iştirakı olmadan keçirilməsini tənqid edib. Tərəflər arasında təxminən 20 dəqiqə davam edən müzakirələr isə hər hansı nəticə vermədən, uğursuz olub.
Marneuli meri Daur İsmayılov məsələ ilə bağlı artıq tədbir görüldüyünü və yaxın günlərdə Qızılhacılı kəndinə qazın verilməsinin bərpa olunacağını bildirib.
Görüş zamanı kənd sakinləri qaz təchizatı ilə bağlı problemlərini və narazılıqlarını səsləndiriblər. Tərəflər arasında müzakirələr aparılsa da, problemin həlli ilə bağlı konkret razılıq əldə olunmayıb.
Daha ətraflı video xəbəri təqdim edirik: