"Dünən gecə marionet kukla Zaur Darğallı və təyin olunmuş mer Daur İsmayılov Qızılhacılı kəndinə gedərək həmişə olduğu kimi xalqa yalan məlumat yayaraq yerli 'Mamed' MMC şirkətini və onun rəhbəri olan ağsaqqal Nəriman Allahverdiyevi günahkar çıxartmağa çalışdılar".
Aktual.ge xəbər verir ki, bunları sosial şəbəkədə siyasi fəal Əhməd İmamquliyev yazıb.
O, dünən gecə saatlarında Parlamentin üzvü Zaur Darğallı və Marneuli meri Daur İsmayılovun sakinlərlə Sport Kompleksdə Qızılhacılıda təbii qazın olmaması ilə bağlı görüşünü şərh edib və qeyd edib ki, məqsəd Nəriman Allahverdiyevin əlindən qaz şirkətini almaqdır.
"Əziz xalqım, hörmətli Qızılhacılı sakinləri bu yalançılara inanmayın, bu məsələdə yeganə günahkar var və o da hakimiyyətdir!
Zaur və Daur cütlüyünə burdan tövsiyəm odur ki, Marneulinin kəndlərində başqa şirkətlər tərəfindən verilən qazın qiymatını öyrənin. Bütün kəndlərdə qiymat 0,57 laridir.
'Mamed' MMC şirkəti 0,57 lariyə satdığı üçün heç bir qanun pozuntusu etmir.
'Gürcü Arzusu' hakimiyyətinin məqsədi odur ki, bu iş Nəriman Allahverdiyevin əlindən alənsın. Vəssalam" , - qeyd edən Əhməd İmamquliyev tələb edib ki, Qızılhacılı kəndinə təcili qaz verilməlidir! Hakimiyyət bunu təmin etməlidir daha yox ki, gəlib xalqa yalan satmamalıdır!