Gürcüstan və İsrail arasında müzakirə aparılıb
04.09.2026 22:16
352
Siyasət
A
Gürcüstan və İsrail arasında müzakirə aparılıb

Tbilisi meri Kaxa Kaladze Gürcüstanda səfərdə olan İsrail xarici işlər nazirinin müavini Mişel Buskilla ilə görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi Şəhər Meriyası məlumat yayıb.

Tərəflər Gürcüstan və İsrail arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Tbilisi və Yerusəlimin xüsusi tarixi-mədəni əlaqələrə malik qardaş şəhərlər olması vurğulanıb və gələcəkdə əməkdaşlığın daha da sıxlaşacağına ümid ifadə edilib.

ŞƏRH YAZ
14