Gürcüstan və Türkiyə universitetləri arasında əməkdaşlıq genişləndirilir
Bugün
89
Siyasət
A
Gürcüstan və Türkiyə universitetləri arasında əməkdaşlıq genişləndirilir

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi yayıb.

Bildirilib ki, sənədi Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze və Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri, professor Erol Özvar imzalayıblar.

"Memorandum Gürcüstan və Türkiyə universitetləri arasında tərəfdaşlığın inkişaf etdirilməsini, tələbə və akademik heyətin mobilliyinin təşviqini, birgə təhsil proqramlarının və elmi tədqiqatların həyata keçirilməsini, təcrübə və məlumat mübadiləsini, eləcə də akademik dərəcələrin və diplomların tanınması məsələlərində əməkdaşlığı nəzərdə tutur. Görüş zamanı tərəflər memorandumda nəzərdə tutulan əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Həmçinin, Gürcüstanın Təhsil, Elm və Gənclər nazirinin müavini Zviad Qabisonia və Türkiyə Respublikasının Ali Təhsil Şurası sədrinin müavini, professor Naci Gündoğan tərəfindən rəhbərlik ediləcək işçi qrup yaradılacaq. Qrup universitetlər arasında tələbə və akademik heyət mübadiləsi, akademik əməkdaşlıq və birgə elmi layihələrin inkişaf etdirilməsi məsələləri üzərində işləyəcək.

Qivi Mikanadze ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarına diqqət çəkib. O, yeni universitet tərəfdaşlıqlarının yaradılmasını, birgə təhsil və tədqiqat fəaliyyətinin təşviqini xüsusi vurğulayıb.

Öz növbəsində, Erol Özvar memorandumun əhəmiyyətindən danışaraq bildirib ki, onun həyata keçirilməsi universitetlər arasında birbaşa əlaqələrin möhkəmlənməsinə, tələbə və akademik heyət mübadiləsi imkanlarının genişlənməsinə töhfə verəcək.

Tərəflər, həmçinin Türkiyənin ali təhsil müəssisələrində gürcü dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı istiqamətlərin (kartvelologiya) və akademik proqramların inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Bu, gürcü dilinin, mədəniyyətinin və tarixinin təbliğinə, eləcə də akademik əlaqələrin gücləndirilməsinə kömək edəcək" , - məlumatda deyilir.

ŞƏRH YAZ
1