Kateqoriyalar
UFC-nin yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda keçirilən qarşılaşmada gürcü əsilli ispanya təmsilçisi İlia Topuriya amerikalı rəqibi Castin Qeytciyə məğlub olub.
Aktual.ge-nin məlumatına görə, döyüş 4 raund davam edib. Beşinci raundda Topuriya göz nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməyib və qələbə Qeytciyə verilib.
Qarşılaşma ABŞ-ın Müstəqilliyinin 250 illiyi münasibətilə Ağ Evin həyətində təşkil olunub. Döyüşü 4 min tamaşaçı ilə yanaşı, ABŞ Prezidenti Donald Tramp da izləyib.
Bu nəticədən sonra İlia Topuriyanın peşəkar MMA karyerasında göstəricisi 17 qələbə və 1 məğlubiyyət olub. Bu, onun karyerasında ilk məğlubiyyətidir.