"Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında qarşılıqlı anlaşma memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" sosial şəbəkəsində paylaşımında qeyd edib.
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında qarşılıqlı anlaşma memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq. Bu anlaşmanın əldə olunması üçün zəruri şəraitin yaradılmasına töhfə vermiş vasitəçilik səylərini yüksək qiymətləndiririk.
Ümid edirik ki, bu mühüm addım hərtərəfli sülh sazişinin imzalanmasına və münaqişənin uzunmüddətli həllinə səbəb olacaq”, – deyə İrakli Kobaxidze bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trump İranla razılaşmanın əldə olunduğunu, ABŞ-ın ölkəyə qarşı dəniz blokadasını dayandıracağını və Hörmüz boğazının yenidən açılacağını bəyan edib. Əsas vasitəçi kimi çıxış edən Pakistan isə rəsmi imzalanma mərasiminin iyunun 19-da, cümə günü, İsveçrədə keçiriləcəyini açıqlayıb.