Kateqoriyalar
Kutaisidə yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, toy karvanı iki piyadanı vurub və nəticədə onlar yüngül xəsarətlər alıblar, hər iki piyada klinikaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.