Marneulidə hədə-qorxu ilə pul tələb edən iki nəfər saxlanılıb - VİDEO
Bugün
427
Kriminal
A
Marneulidə hədə-qorxu ilə pul tələb edən iki nəfər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə iki nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan biri əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunub və hazırda şərti məhkumluq altındadır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər kənd sakinlərindən birinə bank hesabı açdırıb və internet bankçılığından istifadə üçün zəruri məlumatları ələ keçiriblər. Onlar həmin kişini inandırıblar ki, hesaba pul köçürüləcək və həmin məbləğin müəyyən hissəsini ona da verəcəklər.

Daha sonra təqsirləndirilən şəxslər kişiyə bank hesabının guya ləğv edildiyini bildiriblər. Bundan sonra ondan 1 500 lari ödəməyi tələb edib, pulu ödəməyəcəyi təqdirdə onu öldürməklə hədələyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks şəkildə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
0